Yəmənin paytaxtında baş vermiş iğtişaşlarda dörd nəfər həlak olub

Yəmənin paytaxtında baş vermiş iğtişaşlarda dörd nəfər həlak olub
# 30 aprel 2011 18:51 (UTC +04:00)
Bakı-APA. Yəmənin paytaxtı Sənada etirazçılarla polis əməkdaşları arasında baş vermiş toqquşmalar zamanı dörd nəfər həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanların əməkdaşları Sənanın mərkəzi meydanlarının birində yüzlərlə insanın iştirak etdiyi etiraz aksiyasını dağıdıblar.
Yəməndə prezident Əli Abdullah Salehin istefası tələbi ilə fevral ayından etiraz aksiyaları keçirilir. Bu aksiyalar zamanı baş vermiş iğtişaşlarda 120-dən çox insan həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR