Fələstində milli barışıq əldə olunub

Fələstində milli barışıq əldə olunub
# 03 may 2011 14:51 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, saziş 1 il ərzində bitərəf mütəxəssislərdən ibarət vahid texnokratlar hökumətinin yaradılmasını, Fələstin Muxtariyyəti rəhbərinin və parlament seçkisinin keçirilməsini nəzərdə tutur. Seçki kampaniyası və səsvermə prosesinə 12 nəfərdən ibarət müstəqil tribunal nəzarət edəcək.

Saziş mövcud status-kvonu da qoruyacaq. Belə ki, Fələstin Azadlıq Təşkilatı İordan çayının qərb sahilini, HAMAS isə Qəzza sektorunu nəzarətdə saxlamağa davam edəcək.

Razılaşma Misirin yeni hökumətinin vasitəçiliyi ilə əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR