HƏMAS lideri bin Ladenin qətlini pisləyib

HƏMAS lideri bin Ladenin qətlini pisləyib
# 07 may 2011 01:52 (UTC +04:00)
Bakı-APA. Fələstinin HƏMAS təşkilatının rəhbəri Xalid Məşəl «Əl-Qaidə» lideri Üsamə bin Ladenin qətlini «qeyri-qanuni» olaraq dəyərləndirib.

«Biz «Əl-Qaidə»nin metodlarını, xüsusən dinc sakinlərə qarşı olan hərəkətləri pisləsək də, ABŞ və yaxud başqa birinin məhkəmədənkənar edamlar həyata keçirməsinə qarşıyıq», deyə HƏMAS lideri bəyan edib.

O həmçinin «ərəb və müsəlman qanının axıdılmasını, həmçinin onun ləyaqətinin alçaldılmasını», yəni bin Ladenin öldürülməsini və cəsədinin dənizə atılmasını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR