Suriyada baş verən toqquşmalarda 30 aksiya iştirakçısı və 10 polis həlak olub

Suriyada baş verən toqquşmalarda 30 aksiya iştirakçısı və 10 polis həlak olub
# 07 may 2011 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, hüquq müdafiəçiləri Xüms şəhərində 15, Xamda 6, Latakiyada isə ən azı beş nümayiş iştirakçısının toqquşmalarda öldüyünü bildirir. Suriyanın digər şəhərlərində də toqquşmalarda ölənlərin olduğu xəbərləri yayılır. Xarici agentliklər təhlükəsizlik qüvvələrinin bütün şəhərlərdə kütləyə atəş açdığını bildirirlər.

“Əl-Cəzirə” telekanalı “İnsan” hüquq müdafiə təşkilatına istinadən 26 nümayiş iştirakçısının öldürüldüyü barədə məlumat yayıb. Suriya rəsmi televiziyası isə aksiyaların yatırılması zamanı Xümsdə bir əsgər və dörd polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Ümumilikdə isə dünənki toqquşmalarda 10 polis və əsgərin öldüyü bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR