Taliblər Qəndaharda silsilə terror aktları törədiblər

Taliblər Qəndaharda silsilə terror aktları törədiblər
# 07 may 2011 16:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Taliban hərəkatının silahlı qüvvələri Əfqanıstanın Qəndahar şəhərində silsilə terror aktları həyata keçiriblər.

APA-nın «Frans-Press» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hücum zamanı şəhərin müxtəlif yerlərində 10-a yaxın partlayış törədilib. Hadisə zamanı 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İlkin məlumatlara görə, 6 partlayış kamikadze tərəfindən törədilib.

Partlayışlarla paralel olaraq, bir qrup silahlı şəxs Qəndahar vilayətinin başçısının iqamətgahına hücum edib. Həmçinin, silahlılar Əfqanıstan Kəşfiyyat Xidmətinin binasının yaxınlığında yerləşən mehmanxanaya hücum ediblər, o cümlədən polis şöbəsinə girərək terror törətmək istəyən 2 kamikadze isə zərərsizləşdirilib.

Baş verənlərlə bağlı məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb. Qurumun nümayəndəsi Yusif Əhmədi Qəndahar şəhərində küçə döyüşlərinin davam etdiriləcəyini və bu səbəbdən yerli sakinləri evlərindən çıxmamağa çağırıb.

Məlumatda o da qeyd olunub ki, Qəndaharda atəş səsləri hələ səngiməyib və 5 polis əməkdaşının yaralandığı ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR