Yəmənin paytaxtında yeni toqquşmalar baş verib

Yəmənin paytaxtında yeni toqquşmalar baş verib
# 24 may 2011 20:50 (UTC +04:00)
Bakı-APA Yəmənin paytaxtı Sanada ölkənin ən böyük etnik qrupu və təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib.
APA-nın verdiyi xəbərə görə, son iki gün ərzində 12 nəfər həlak olub, onlarla yaralanıb.
Bəzi məlumatlara görə atışma etnik qrupun lideri Şeyx Sadiq Əhmarın qərargahı olan rayonda beş verib. Sadiq Əhmar prezident Əli Abdullah Salehin ən aktiv opponentlərindən biridir.

Hökumət qoşunları həmçinin nazirliklərin yaxınlığında olan müxalifətçilərin mövqelərini atəşə tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR