Yəməndə baş verən partlayış nəticəsində azı 28 nəfər ölüb

Yəməndə baş verən partlayış nəticəsində azı 28 nəfər ölüb
# 26 may 2011 13:53 (UTC +04:00)
Bakı – APA. Yəmənin paytaxtı Sana şəhərinin qərb hissəsində baş verən güclü partlayış nəticəsində azı 28 nəfər ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərdə nüfuzlu Haşid tayfasının şeyxi Sadık əl-Əhmərin ailəsinə məxsus silah anbarı partlayıb. Son günlər bu tayfanın silahlı dəstələri paytaxtda prezidentə sadiq hərbi qüvvələrlə döyüşlər aparır. Bu döyüşlərdə onlarla insan ölüb və yaralanıb.

Prezidentin istefası tələbi ilə 3 aydır kütləvi aksiyalar keçirən müxalifət toqquşmalara qarışmır. Onlar ölkədə zorakılığın dərhal dayandırılmasını tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR