İsrail məhkəməsi Srebrenitsa qırğınının iştirakçısının Bosniyaya verilməsinə razılıq verib

İsrail məhkəməsi Srebrenitsa qırğınının iştirakçısının Bosniyaya verilməsinə razılıq verib
# 01 avqust 2011 22:23 (UTC +04:00)
Bakı-APA. İsrail məhkəməsi 1995-ci ilin iyulunda Srebrenitsa şəhəri yaxınlığında baş verən soyqırımda iştirak etməkdə təqsirləndirilən Bosniya serbi Aleksandır Svetkoviçin Bosniya və Herseqovinaya verilməsi barədə qərar çıxarıb.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Svetkoviç Bosniya tərəfinin xahişi ilə bu ilin yanvar ayında həbs olunub. İsrail onun ekstradisiya edilməsi ilə bağlı məktubu ötən ilin avqustunda alıb.
Bosniya hökuməti iddia edir ki, Svetkovic Srebrenitsada 1200 nəfər insanı güllələyən dəstənin üzvü olub. 42 yaşlı Svetkoviç və onun həyat yoldaşı 2006-cı ildə İsrailə mühacirət ediblər və bu ölkənin vətəndaşlığı alıblar.
Yuqoslaviyada vətəndaş müharibəsi zamanı ən qanlı hadisələrdən biri Serebrenitsa yaxınlığında baş verib. Orada Bosniya serblərinin dəstələri müsəlman əhalisindən olan 7000 nəfərdən çox insanı qətlə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR