Əhmədinecad: «Nüvə silahına malik olmağın mənası yoxdur»

Əhmədinecad: «Nüvə silahına malik olmağın mənası yoxdur»
# 04 avqust 2011 21:57 (UTC +04:00)
Bakı-APA. İran nüvə silahını yaratmağı planlaşdırmır, çünki ona malik olmağın mənası yoxdur. İran lideri Mahmud Əhmədinecad Euronews telekanalına müsahibəsində bu fikirləri işlədib.

«Biz bomba yaratmaq niyyətimizin olmadığını deyəndə həqiqəti deyirik. Biz əminik ki, əgər bu gün kimsə atom bombasını yaratmaq istəyirsə, demək dəlidir... Atom bombalarından 60 il əvvəl siyasi üstünlüyün qarantı olaraq istifadə olunub, lakin bu gün onların heç bir dəyəri yoxdur», deyə Əhmədinecad bildirib.

«Biz inanırıq ki, gələcəkdə heç kimin nüvə silahından istifadə etmək imkanı olmayacaq», deyə o əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR