İranda azadlıq hərəkatının fəalı tutulub

İranda azadlıq hərəkatının fəalı tutulub
# 08 avqust 2011 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Nasir (Aydın) Derazşəmşir bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Güney Azərbaycan Milli Oyanış Hərəkatından APA-ya verilən məlumata görə, N. Derazşəmşir avqustun 6-da İranın Muğan bölgəsinin Cəfərabad qəsəbəsində saxlanıb. Onun harada saxlanılması və irəli sürülən ittihamla bağlı məlumat verilməyib.

Qeyd edək ki, N. Derazşəmşir Bakı Dövlət Universitetinin məzunudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR