Suriyanın keçmiş müdafiə naziri öldüyü barədə xəbərləri təkzib edib

Suriyanın keçmiş müdafiə naziri öldüyü barədə xəbərləri təkzib edib
# 10 avqust 2011 18:20 (UTC +04:00)
Bakı-APA. Suriyanın keçmiş müdafiə naziri Əli Həbib öldüyü barədə yayılmış məlumatları təkzib edib. Suriya dövlət televiziyası ilə çıxış edən Həbib sağlamlığı ilə problemlər olduğunu, lakin hələ də Suriya ordusunun sədaqətli əsgəri olduğunu bəyan edib.

Həbibin sözlərinə görə, onun öldüyü barədə xəbərləri Suriyanın düşmənləri yayır. Həbibin çıxışının videogörüntüsü YouTube-da yayılıb.

72 yaşlı Əli Həbibin ölməsi barədə xəbərlər avqustun 9-da yayılmışdı. Avqustun 8-də vəzifəsindən kənarlaşdırılan Həbibin yerini Davud Raca tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR