İran qanadlı raket istehsal etdiyini bildirib

İran qanadlı raket istehsal etdiyini bildirib
# 24 avqust 2011 01:43 (UTC +04:00)
Bakı-APA. İran qanadlı raketlər də daxil olmaqla yeni silah və hərbi ləvazimatlara malik olduğunu açıqlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezident Mahmud Əhmədinejad bildirilib ki, qanadlı raketlər 200 kilometr məsafədəki hədəfləri vura bilir.

Dövlətə məxsus media habelə 220 kiloqram çəkidə partlayıcı başlıq daşıyan yeni torpeda haqda məlumat yayıb.

Qanadlı raket “Qadir” adlanır. Onun düşmən gəmilərin və sahil hədəflərinə qarşı xeyli dağıdıcı qüvvəyə malik olduğu bildirilir.

İran müntəzəm olaraq hərbi texnologiyada son nailiyyətlər əldə etdiyini açıqlayır. İyulda Tehran 1900 kilometr məsafəni qət edə biləcək iki raketi sınaqdan keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR