Bənazir Bhuttonun həlak olduğu şəhərin polis rəisinə qarşı rəsmi ittiham irəli sürülüb

Bənazir Bhuttonun həlak olduğu şəhərin polis rəisinə qarşı rəsmi ittiham irəli sürülüb
# 05 noyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Pakistan məhkəməsi baş nazir Bənazir Bhuttonun qətlində əli olmaqda şübhəli bilinən yeddi şəxsə qarşı rəsmi ittihamlar irəli sürüb.

APA-nın “France Presse” agentliyinə istinadən xəbərinə görə, ittiham olunan yeddi nəfərdən ikisi Pakistan polisinin əməkdaşı, o cümlədən Bhuttonun həlak olduğu Ravalpindi şəhərinin polis rəisi Səud Əzizdir. Polis nəfərləri dövlətin ikinci şəxsinin təhlükəsizliyini təmin edə bilməməkdə suçlanırlar. İttiham olunan digər beş şəxs isə “Taliban” hərəkatının yaraqlılarıdır.

Qeyd edəkki, Bənazir Bhutto 2007-ci ilin dekabrında qətlə yetirilib. Seçki qabağı mitinq zamanı terrorçu kamikadze öncə ona atəş açıb, daha sonra isə partladıcı qurğunu işə salıb. Baş nazirin qətlində ümumilikdə ondan çox şəxs, o cümlədən sabiq prezident Pərviz Müşərrəf ittiham olunur. Lakin onlardan heç biri bu günə kimi mühakimə edilməyib. Bir müddət öncə polis bildirirdi ki, üç şübhəli qətlə yetirilib, ikisi isə azadlıqda gəzir.

BMT 2010-cu ildə apardığı təhqiqatdan sonra baş nazirin qətlinin məsuliyyətini Pakistan hakimiyyətinin üzərinə qoyub. Bhuttonun qohumları isə israr edir ki, seçkilərə iki həftə qalmış baş vermiş terror aktını xüsusi xidmət orqanları Pərviz Müşərrəfin maraqları çərçivəsində təşkil ediblər. Bir qədər öncə Səud Əziz bildirib ki, dəlilləri yoxa çıxarmaq üçün o zamankı prezident qətl məkanını su ilə yumağa dair göstəriş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR