İran prezidentinin müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir bir il azadlıqdan məhrum edilib

İran prezidentinin müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir bir il azadlıqdan məhrum edilib
# 21 noyabr 2011 06:41 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmə həmçinin onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. Əli Əkbər Cavanfikir “Xatun” dərgisində İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə ittiham olunur.

Qeyd edək ki, Əli Əkbər Cavanfikir barəsində belə bir qərarın çıxarılması onun İranda islahatçı qüvvələrə yaxın sayılan “Etimad” qəzetinə müsahibəsindən bir gün sonraya təsadüf edib.

Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR