21 Azər Hərəkatının ildönümü İzmirdə anılacaq

21 Azər Hərəkatının ildönümü İzmirdə anılacaq
# 25 noyabr 2011 21:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 13-də Türkiyənin İzmir şəhərində İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləriylə əlaqədar konfrans keçiriləcək. APA-nın məlumatına görə, İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçiriləcək tədbirdə Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) eksperti, doktor Arif Kəskin və Türkiyənin bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən doktor Gülarə Yenisey məruzə ilə çıxış edəcəklər. Yerli vaxtla saat 19:30-da keçiriləcək konfrans İzmir Gənclik Teatrının salonunda baş tutacaq.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında İranda Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1945-ci il dekabrın 17-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR