İran polisi Böyük Britaniya səfirliyinin girov götürülmüş əməkdaşlarını azad edib

İran polisi Böyük Britaniya səfirliyinin girov götürülmüş əməkdaşlarını azad edib
# 29 noyabr 2011 17:00 (UTC +04:00)
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, səfirliyin qarşısında aksiya keçirən tələbələr səfirlik binasının şüşələrini sındırıb, binada asılmış Böyük Britaniya bayrağını çıxarıblar.

Bundan başqa, onlar səfirliyə aid bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. Səfirliyin altı əməkdaşı isə girov götürülüb.

Lakin polisin müdaxiləsi ilə həmin şəxslər azad edilib.

Böyük Britaniya ilə yanaşı, Fransa, Rusiya və daha bir neçə ölkə səfirliyə hücumu kəskin pisləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR