Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
# 01 mart 2012 09:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu həmkarı Əli Əkbər Salehi ilə əsasən İran və “altılıq” arasında görüşün yenidən başlaması məsələsini müzakirə edib. Hər iki ölkənin xarici işlər nazirləri görüşün tezliklə başlamasını vacib sayıblar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT-yə açıqlamasında İranla Qərb ölkələri arasındakı müzakirələrin ən gec aprel ayında başlayacağına inandığını deyib: “Bu günlərdə tərəflər bir-birinə qarşılıqlı məktublar yazıb. Gələn həftə təkrar İran xarici işlər naziri ilə görüşəcəyəm. İnşallah yaxın vaxtlarda bir tarix müəyyənləşdirilər. Mart ayı İranda Novruz bayramıdır. Ona görə də mən ən gec aprel ayında təkrar görüşün olacağını düşünürəm. Əgər Türkiyəni seçsələr, biz hər zaman ev sahibliyi edərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR