İran Ali Məhkəməsi ABŞ-a casusluqda günahlandırılan Əmir Mirzəyi Hikmətinin edam hökmünü ləğv edib

İran Ali Məhkəməsi ABŞ-a casusluqda günahlandırılan Əmir Mirzəyi Hikmətinin edam hökmünü ləğv edib
# 05 mart 2012 18:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Ali Məhkəməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda günahlandırılaraq edam cəzasına məhkum edilmiş Əmir Mirzəyi Hikməti barəsində çıxarılmış ölüm hökmünü ləğv edib. APA-nın “Radio Farda”ya istinadən məlumatına görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei məlumat verib. Onun sözlərinə görə, qərar məhbusun etirazı əsasında ləğv olunub: “Hazırda onun işi yenidən baxılması üçün Tehran İnqilab Məhkəməsinin başqa bir şöbəsinə geri qaytarılıb”.
Qeyd edək ki, 1983-cü ildə Arizona ştatında doğulan və Miçiqan əyalətində yaşayan İran əsilli ABŞ vətəndaşı Əmir Mirzəyi Hikməti əvvəllər bu ölkənin Hərbi-Dəniz Qüvvələrində tərcüməçi işləyib. O, 2011-ci ilin avqustunda İranda həbs olunub. 2012-ci il yanvarın 9-da Tehran İnqilab Məhkəməsi onu düşmən dövlətlə əməkdaşlıqda və ABŞ kəşfiyyatına işləməkdə təqsirli bilərək edam cəzasına məhkum edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR