Dinc sakinləri qətlə yetirmiş amerikalı əsgər Əfqanıstandan Küveytə aparılıb

Dinc sakinləri qətlə yetirmiş amerikalı əsgər Əfqanıstandan Küveytə aparılıb
# 15 mart 2012 04:29 (UTC +04:00)
Bakı-APA. Ötən bazar günü Əfqanıstanda 16 nəfər mülki şəxsi güllələmiş amerikalı əsgər ABŞ-ın Küveytdəki bazasına aparılıb.

Verilən xəbərlərə görə, əsgər Əfqanıstandakı bazalarda müvafiq saxlanma şəraiti olmadığı üçün Küveytə aparılıb.

Martın 4-də Əfqanıstandakı ABŞ ordusunun əsgəri öz bazasını tərk edərək yaxınlıqdakı kəndin 16 sakinini qətlə yetirib. Bundan sonra əsgər həbs edilərək bazaya gətirilib.

Baş verən hadisə Əfqanıstanda yerli əhalinin hiddətinin artmasına səbəb olub. Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstandakı ABŞ əsgərləri Quran nüsxələrini yandırmışdılar.

ABŞ müdafiə naziri Leon Panetta sözügedən əsgərin edam oluna bilinəcəyini istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR