İranın rəsmi informasiya agentliyi Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb

İranın rəsmi informasiya agentliyi Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb
# 22 mart 2012 16:44 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İRNA-da yayılan xəbərdə Novruzun İrana məxsus bir bayram olduğu qeyd edilib və TRT-də bu bayramla bağlı yayımlanmış proqrama etiraz bildirilib.
İRNA-nın xəbərində Novruz “köklərinin İrana aid olduğu kimsədə şübhə yaratmayan bir bayram” kimi təqdim edilib. Həmçinin, bu bayramın Türkiyənin dövlət televiziyasında “Türk dünyasının böyük bayramı” kimi təqdim olunması tənqid olunub.
Xəbərdə Azərbaycanın Ankaradakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirildiyi də qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR