İrandan neft ixrac edən 12 ölkə ABŞ-ın sanksiyasına məruz qala bilər

İrandan neft ixrac edən 12 ölkə ABŞ-ın sanksiyasına məruz qala bilər
# 23 mart 2012 03:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın siyahıya daxil etdiyi 12 ölkə İrandan neft ixracına davam etsə və ixracatı azaltmasa sanksiyaya məruz qalacaq. APA-nın məlumatına görə, sıralarında Türkiyə, Şimali Koreya və Cənubi Afrika Respublikasının da olduğu siyahıda birinci yerdə Çin, ikinci sırada isə Hindistanın adı var. Yaponiya və 10 Avropa ölkəsi isə 6 ay ərzində ABŞ sanksiyalarından azad edilib. ABŞ dövlət katibi Hillari Klinton yeni sanksiya siyahısı ilə bağlı açıqlama verərkən, Yaponiyanın İrandan neft ixracını xeyli azaltdığını vurğulayaraq, bu ölkənin digər dövlətlər üçün nümunə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ sanksiyalarından azad edilən 10 Avropa ölkəsinin sırasında Belçika, Böyük Britaniya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya və Hollandiyanın da adı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR