Suriya Kofi Annanın təklifləri ilə razılaşıb

Suriya Kofi Annanın təklifləri ilə razılaşıb
# 27 mart 2012 12:54 (UTC +04:00)
Bakı – APA. Suriya hakimiyyəti ölkədəki böhranın həlli üçün Kofi Annan tərəfindən irəli sürülən təkliflərlə razılaşıb. APA-nın xəbərinə görə, bu barədə “France-Presse” K. Annanın nümayəndəsinə istinadən məlumat yayıb. BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi olan K. Annan martın 27-də təklif etdiyi həll planı ilə bağlı Suriyadan rəsmi cavab alıb.

K. Annanın əsas təkliflərindən biri münaqişə tərəflərinin BMT-nin müşahidəsi altında hər cür zorakılığa son qoyması və ordu hissələrinin iri şəhərlərdən çıxarılmasıdır. Sənəddə qanunsuz həbs olunmuş şəxslərin buraxılması, silahlı münaqişədən zərər çəkən rayonlara humanitar yardım göndərilməsinin təmin olunması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR