İran rejissoru: Kino milyonlarla iranlı qız üçün təhlükədir

İran rejissoru: Kino milyonlarla iranlı qız üçün təhlükədir
# 27 mart 2012 19:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran kinosunda mənəviyyatsız minlərlə qadın var”. APA-nın məlumatına görə, bunu İranda mühafizəkar rejissor kimi tanınan Fərəcullah Sələhşur deyib. Bundan əvvəlki açıqlamasında İran kinosunu fahişəxana adlandıran rejissor bildirib ki, kino milyonlarla iranlı qız üçün təhlükədir: “Bizim universitetlərimizin molla məktəbinin əsaslandığı elmlə ziddiyyət təşkil edir. Banklarımız da islam iqtisadiyyatına ziddir. Bu paradoksal halları gərək islamlaşdıraq, həmin sahələrdə də islam qanunları hakim olsun”. Kinonun fəsad üzərində qurulduğunu iddia edən F. Sələhşur bu sahənin insanları yoldan çıxarmaq üçün yaradıldığını deyib: “Mənim üçün çox üzücü və narahatedici məqam odur ki, pərdə arxasında nələrin baş verdiyini bilirəm. Burada gənc qızlar və qadınların mənəviyyatı korlanır. Onlar cinsi vəsiləyə çevrilirlər. İctimaiyyət məhv olmaq üzrədir, ailələr dağılır. Mən bilmirəm ki, nə üçün möminlər, “Hizbullah”ın üzvləri, məddahlar, “Quran” oxuyanlar bunun qarşısında susublar?”.

Rejissor əlavə edib ki, İran kino istehsalçılarının əsas yanlışı hər zaman kinoda islahatlar aparmağa çalışmalarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR