Suriyanın Əl-Houla şəhərində hökumət qüvvələri 92 nəfəri qətlə yetiriblər

Suriyanın Əl-Houla şəhərində hökumət qüvvələri 92 nəfəri qətlə yetiriblər
# 27 may 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Suriyanın Əl-Houla şəhərində tank atəşi nəticəsində 92 nəfər, o cümlədən 38 uşaq öldürülüb. Bu barədə BMT-nin Suriyada atəşkəsə nəzarət missiyasının rəhbəri norveçli general Robert Mud məlumat verib.

Mud bu hadisəni «dəhşətli faciə» adlandırıb. O ağır silahların istifadə olunmasını «qəbuledilməz və qeyri-adekvat addım» adlandırıb. General Mud bu addımı atanların məsuliyyətə cəlb etməyə çağırıb.

Müxalifətçi «Azad Suriya ordusu» isə mülki əhalinin müdafiəsi üçün tədbirlər görülməsə, atəşkəs barədə razılaşmanı pozacağını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR