İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib
# 01 iyun 2012 16:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Yasuc və Gəçsaran şəhərlərində daha 2 nəfər edam edilib. APA-nın məlumatına görə, 37 yaşlı məhkum “Kalaşnikov” avtomatı ilə dayısının azyaşlı qızını yaralamaqda və başqa 2 uşağı qətlə yetirməkdə təqsirləndirilib. O məhkəmənin hökmü ilə Gəçsaran həbsxanasında asılıb. Yasuc şəhərində edam edilən 44 yaşlı İbrahim Gülüstani isə mühəndis olub və Yəsuc şəhərinin elektrik idarəsində işləyib. 2 övladı olan İ. Gülüstaninin hansı səbəbdən edam edildiyi ilə bağlı məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR