BMT-nin İnsan Hüquqları Şurası Suriyanın Xoul şəhərində baş vermiş qırğının beynəlxalq araşdırmasını aparacaq

BMT-nin İnsan Hüquqları Şurası Suriyanın Xoul şəhərində baş vermiş qırğının beynəlxalq araşdırmasını aparacaq
# 01 iyun 2012 21:23 (UTC +04:00)
Bakı-APA. BMT-nin İnsan Hüquqları Şurası Suriyanın 108 nəfər dinc sakinin qətlə yetirildiyi Xoul şəhərindəki qırğının beynəlxalq araşdırmasını keçirdirilməsi barədə qərar qəbul edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, araşdırmanın məqsədi qırğının təşkilatçılarının aşkarlanması və məsuliyyətə cəlb olunmasıdır.
Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurası Suriyanın iclasında 47 ölkə bununla bağlı qətnamənin lehinə səs verib. Rusiya, Çin və Kuba qətnamənin “balanslaşdırmamış” hesab edərək əleyhinə səs veriblər. Ekvador və Uqanda bitərəf qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR