İranda hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur

İranda hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur
# 02 iyun 2012 00:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran hökumətinin apardığı rəy sorğusuna əsasən, ölkədə hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur”. APA-nın məlumatına görə, bunu İranın gey hərəkatının fəalı Ərşam Parsi deyib. O bildirib ki, hər il cinsini dəyişdirən şəxslərin çoxu transseksual deyil: “Bizim 2004-cü ildə apardığımız rəy sorğusuna əsasən, cinsini dəyişmək üçün əməliyyat olunanların 45%-i homoseksuallardır. Onlar İranda təhlükəsizliklərini təmin etmək və sağ qalmaq üçün əməliyyat olunduqlarını bildiriblər”.
Qeyd edək ki, İran cinsini dəyişmək üçün ən çox əməliyyat edilən ölkələrdən biridir. Bu ölkənin şəriət qanunlara görə, geylər barəsində ölüm hökmü çıxarıla bilər. İndiyədək İranda cinsini dəyişmək üçün edilən əməliyyatların xərcinin bir qismini dövlət ödəyib. Lakin bundan sonra bu cür əməliyyatların xərcini sığorta şirkətləri qarşılayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR