NATO və Əfqanıstan ordusunun hərbçiləri alyansın bazasına hücumu dəf ediblər

NATO və Əfqanıstan ordusunun hərbçiləri alyansın bazasına hücumu dəf ediblər
# 02 iyun 2012 02:14 (UTC +04:00)
Bakı-APA. NATO və Əfqanıstandan ordusunun hərbçiləri “Taliban” silahlılarının Şimalı Atlantika alyansının Əfqanıstanın şərqindəki Host şəhəri yaxınlığında yerləşən bazasına hücumunu dəf edib.

APA-nın verdiyi xəbərə görə, baş vermiş döyüşdə 14 silahlı öldürülüb.
Bildirilir ki, intiharçı-kamikadzenin idarə etdiyi partlayıcı maddə ilə dolu maşın “Salerno” bazasının müdafiəsini yarıb keçmək istəyərkən partladılıb.

Bunun ardınca onlarla silahlı bazanın ərazisinə daxil olmağa cəhd edib. Lakin onların hücumu dəf olunub. Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, partlayış zamanı 7 əfqan əsgəri həlak olub.

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR