Livanda Bəşər Əsəd tərəfdarları və əleyhdarlarının qarşıdurmasında 8 nəfər həlak olub

Livanda Bəşər Əsəd tərəfdarları və əleyhdarlarının qarşıdurmasında 8 nəfər həlak olub
# 02 iyun 2012 20:55 (UTC +04:00)
Bakı-APA. Livanın şimalında Suriya prezidenti Bəşər Əsədin tərəfdarları və əleyhdarları arasındakı silahlı qarşıdurmada ən azı 8 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Qumbaraatanlardan istifadə olunduğu güclü atışma Tripoli şəhərinin əsasən sünnilərin yaşadığı Bab əl-Tabbane məhəlləsi ilə ələvilərin Cəbəl Möhsin məhəlləsi arasında baş verib. Sünnilər Suriya müxalifətini, ələvilər isə Bəşər Əsədi müdafiə edirlər.

Hadisə yerinə Livan ordusu cəlb olunub, lakin hələlik atəşkəs əldə olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR