İranın neft tankerləri parkı yenilənəcək

İranın neft tankerləri parkı yenilənəcək
# 02 iyun 2012 23:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın neft tankerləri parkı yaxın günlərdə yenilənəcək”. APA-nın məlumatına görə, bunu İranın Neft Məhsullarının İstehsalı və Satışı üzrə Milli Şirkətin icraçı direktorunun müavini Abbas Filsorai deyib. O bildirib ki, hazırkı parkda 10 mindən çox neft tankeri var: “İldə tankerlərimiz orta hesabla 80 milyon litr müxtəlif neft məhsulu daşıyır. Təxminən 1000 tanker alüminiumdan istehsal edilən yeni tankerlərlə əvəz ediləcək. Yeni tankerlərin yük tutumunun həcmi 38 min litr olacaq. Bununla da köhnə modellərdən 6-8 min litr daha çox neft tutacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR