Ayətullah Xamneyi: “İran İsrailin hücumuna ildırım sürəti ilə cavab verəcək”

Ayətullah Xamneyi: “İran İsrailin hücumuna ildırım sürəti ilə cavab verəcək”
# 04 iyun 2012 08:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi İsrailə xəbərdarlıq edib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi deyib ki, İsrailin ölkəsinə istiqamətlənmiş hücumuna bir ildırım sürəti ilə cavab veriləcək. Eyni zamanda İranın ali dini lideri ölkəsinin mübahisəli nüvə proqramına da toxunub: “Dünya ictimaiyyətinin İranın atom bombası istehsalından nigaran olması haqda iddiaları yalandır. Qərb dünya ictimaiyyətinin fikrini həqiqətlərdən yayındırmaq məqsədilə İranın atom bombası istehsal etmək niyyətində olması iddiasını uydurub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR