İran və Rusiya prezidentləri arasında görüş keçiriləcək

İran və Rusiya prezidentləri arasında görüş keçiriləcək
# 04 iyun 2012 09:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejadla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov deyib. O bildirib ki, görüş iyunun 6-7-də Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində baş tutacaq: “Bununla bağlı hər iki ölkənin prezidenti arasındakı telefon danışığı zamanı razılaşma əldə olunub. Görüşün əsas müzakirə mövzusu İranın nüvə proqramı olacaq. Rusiya prezidenti məsələ ilə bağlı son məlumatları iranlı həmkarından alacaq və onun mövqeyini öyrənəcək. Biz İranın nüvə proqramına dair keçirilmiş son yığıncağın nəticələrindən məmnun deyilik. Ancaq müzakirələrin davam etdirilməsinin tərəfdarıyıq”.

Qeyd edək ki, iyunun 18-19-da Moskva şəhərində İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR