İranda Mahmud Əhmədinejadın çıxışı zamanı əleyhinə şüarlar səsləndiriblər

İranda Mahmud Əhmədinejadın çıxışı zamanı əleyhinə şüarlar səsləndiriblər
# 04 iyun 2012 19:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda islam inqilabının banisi ayətullah Xomeynin ölüm ildönümünə həsr olunan tədbirdə ölkənin indiki ali dini lideri ayətullah Xamneyinin bir qrup tərəfdarı İran prezidenti Mahmud Əhmədinejad və ayətullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni əleyhinə şüarlar səsləndiriblər. APA-nın məlumatına görə, tədir iştirakçıları “Ölüm olsun vilayəti fəqihə zidd olanlara”, “Biz Kufə əhli deyilik ki, Əli tək qala”, “Bu qədər ordu Xamneyi eşqi ilə gəlib” kimi şüarlar səsləndirərək M. Əhmədinejadın çıxışına mane olublar. Dövlət televiziyasından yayımlanan çıxışını tamamlamaq istəyən prezident şüar səsləndirənlərə müraciət edib: “Mən sizin qulunuzam, 2-3 dəqiqə icazə verin sözümü bitirim sonra növbə sizindir”. Eyni şüarlar S.H.Xomeyninin çıxışını zamanı da səsləndirilib. O bu səbəbdən nitqini bir neçə dəfə kəsməli olsa da, şüalara əhəmiyyət vermədən çıxışını tamamlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR