Təbrizdə İran hökuməti əleyhinə aksiya keçirilib- FOTO

Təbrizdə İran hökuməti əleyhinə aksiya keçirilib- <font color=red>FOTO</font>
# 05 iyun 2012 00:09 (UTC +04:00)
Bu barədə APA-ya Təbrizdə yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, iyunun 4-də yerli vaxtla saat 20:00-da yüzlərlə azərbaycanlı tələbə və fəal Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq Təbrizin Elgölü parkında toplaşaraq yürüş keçirib. Aksiyada ingilis və fars dilində “Urmiya gölünü qoruyaq!”, “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!” şüarları yazılan plakatlar və həbsdə olan azərbaycanlı tələbə Əfsanə Toqirin fotosu nümayiş olunub. Urmiya gölü ilə yanaşı, həbsdə olan fəalların azadlığa buraxılmasını tələb edən siyasi şüarlar da səsləndirilib. Aksiya şəhər sakinləri tərəfindən dəstəklənib və müsbət qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR