Əli Laricani: “Qərbin Moskva görüşünü son şans olaraq xarakterizə etməsi oynanan yeni bir oyundur”

Əli Laricani: “Qərbin Moskva görüşünü son şans olaraq xarakterizə etməsi oynanan yeni bir oyundur”
# 05 iyun 2012 09:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani iyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək növbəti müzakirələrdən danışıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Laricani parlamentin bugünkü iclasında deyib ki, Qərbin Rusiyadakı görüşü son şans olaraq xarakterizə etməsi naşılıqla oynanan yeni bir oyundur.

Müzakirələrə iki həftə qaldığı bir ərəfədə belə bir dəyərləndirmələri tənqid edən Ə. Laricani ABŞ-ın İrana qarşı sanksiya tətbiq etmək təhdidini də pisləyib. İran parlamentinin spikeri onların problemlərin həlli üçün müzakirə masasına oturduqlarını iddia etmələrinə baxmayaraq, danışıqların nəticəsini əvvəlcədən təyin etdiklərini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR