İran və Ermənistan avqustda Araz çayı üzərində birgə su elektrik stansiyası inşa edəcək

İran və Ermənistan avqustda Araz çayı üzərində birgə su elektrik stansiyası inşa edəcək
# 05 iyun 2012 10:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran və Ermənistan arasında Araz çayı üzərində birgə su elektrik stansiyasının (SES) inşa edilməsi ilə bağlı tam razılıq əldə olunub. APA-nın “Press TV”yə istinadən məlumatına görə, stansiyanın iki ölkənin ortaq sərhədində tikilməsi qərarlaşdırılıb. İki ölkə arasında əldə olunan razılaşmaya əsasən, stansiyanın inşası avqust ayında başlayır. Stansiya 130 megavatt elektrik enerjisi istehsal etmək gücünə malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR