İran keçmiş neft nazirinin namizədliyini OPEC-in yeni baş katibi vəzifəsinə irəli sürüb

İran keçmiş neft nazirinin namizədliyini OPEC-in yeni baş katibi vəzifəsinə irəli sürüb
# 05 iyun 2012 22:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Neft İxrac edən Ölkələrin Təşkilatının (OPEC) yeni baş katibi vəzifəsinə İranın keçmiş neft naziri, İran Milli Neft Şirkətinin sabiq rəhbəri Qulamhüseyn Nəzərinin namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi deyib.
Qeyd edək ki, OPEC-in hazırkı baş katibi Abdullah Səlim əl-Bədrinin səlahiyyət müddəti 2012-ci ildə sona çatır. Hələlik bu post üçün Səudiyyə Ərəbistanı və İraq öz namizədlərini irəli sürüblər. Ekvadorun da namizəd irəli sürəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR