ABŞ Pakistanda “əl-Qaidə” təşkilatının rəhbərlərindən birinin öldürülməsini təsdiqləyib

ABŞ Pakistanda “əl-Qaidə” təşkilatının rəhbərlərindən birinin öldürülməsini təsdiqləyib
# 05 iyun 2012 23:52 (UTC +04:00)
Bakı-APA. “əl-Qaidə” terror təşkilatının rəhbərlərində biri Əbu Yahya əl-Libi Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı ABŞ administrasiyasında təsdiqləyiblər. Əslən Liviyadan olan Əbu Yahya əl-Libi “əl-Qaidə” qruplaşmasının rəhbərliyində ikinci şəxs idi. O Pakistanın Əfqanıstanla sərhədində silahlıların fəaliyyətinin koordinasiyasına cavabdeh olub.
ABŞ xüsusi xidmət əməkdaşları bildiriblər ki, keçirilən əməliyyat nəticəsində daha 5 silahlı da öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR