İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib

İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib
# 06 iyun 2012 01:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Rusiyadan “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqaviləni həyata keçirmədiyi üçün təzminat ödəməyi tələb edib”. APA-nın məlumatına görə, bu barədə İranın müdafiə naziri Əhməd Vahidi açıqlama verib. O bildirib ki, müqaviləyə əməl etmədiyi üçün İran Rusiyanı 2011-ci ilin sentyabr ayında Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edib: “ Bizim şikayətimiz hələ də araşdırılır”.
Qeyd edək ki, İranla Rusiya arasında bağlanmış “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqavilənin məbləği 800 milyon dollar həcmində dəyərləndirilib. 2010-cu ildə Rusiyanın prezidenti Dmitri Medvedev İrana “C-300”, döyüş təyyarələrinin və gəmilərin satışını qadağan edən fərman imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR