Suriyanın Latakia vilayətində şiddətli döyüşlər gedir

Suriyanın Latakia vilayətində şiddətli döyüşlər gedir
# 06 iyun 2012 02:15 (UTC +04:00)
Bakı-APA. Suriyanın Latakia vilayətində hökumət qüvvələri ilə müxalif döyüşçülər arasında şiddətli döyüşlər gedir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Londonda yerləşən Suriyanın İnsan Hüquqları Müşahidəsi qrupu Haffeh şəhəri və ətraflarındakı kəndlərdə döyüşlər getdiyini bildirib. 15 hökumət əsgəri və 3 döyüşçünün həlak olduğu xəbər verilir.
Suriyada atəşkəs əldə edilməsi səyləri nəticəsiz qalıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud Əl-Feysıl bildirib ki, Körfəz Ölkələri Birliyi ümidini itirmək üzrədir.
Suriya bir neçə dövlətlərinin diplomatlarının ölkədən çıxarıldığını bəyan edib. Bu addım Suriya səfirlərini persona non-qrata edən ölkələrə cavab olaraq atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR