Yukiya Amano: “İran müşahidəçilərimizin Parçin hərbi poliqonuna daxil olmasına icazə verməlidir”

Yukiya Amano: “İran müşahidəçilərimizin Parçin hərbi poliqonuna daxil olmasına icazə verməlidir”
# 06 iyun 2012 08:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında növbəti müzakirələr bu həftənin cümə günü başlayacaq”. APA-nın məlumatına görə, bunu agentliyin icraçı direktoru Yukiya Amano Vyanada keçirdiyi mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran Y. Amano İrandan müfəttişlərin Parçin hərbi poliqonuna daxil olmasına imkan yaradılmasını istəyib.

Qeyd edək ki, Parçinin kosmosdan çəkilən fotolarında hərbi poliqonda aktiv fəaliyyət olduğu və iki binanın uçurulduğu görünüb. Bəzi ekspertlərin fikrincə, həmin binaları dağıtmaqla İran nüvə silahının istehsalına dair dəlilləri yox etmək istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR