Kazım Cəlali: “İranın nüvə proqramı məsələsində əsla geri addım atmayacaq”

Kazım Cəlali: “İranın nüvə proqramı məsələsində əsla geri addım atmayacaq”
# 06 iyun 2012 23:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran nüvə enerjisindən istifadə etmək haqqından əsla vaz keçməyəcək”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Kazım Cəlali bildirib. Onun sözlərinə görə, İranın bu məsələdə geri addım atması mümkün deyil. K. Cəlali deyib ki, İranla “altılıq” altılıq ölkələri arasında iyunun 18-19-da Moskvada keçiriləcək görüşlərdə Qərbin etimad qazanması zəruridir: “Çünki İranın mövqeyi onsuz da bəllidir. Bağdad müzakirələrində təkliflərimizi ortaya qoyduq. Biz nüvə enerjisindən istifadə etmək haqqından geri addım atmaq niyyətində deyilik. Təhdid və sanksiyaların isə heç bir nəticəsi olmayacaq. İran nüvə fəaliyyətlərini davam etdirməkdə qərarlıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR