İran prezidenti ABŞ-ın siyasətini kəskin tənqid edib

İran prezidenti ABŞ-ın siyasətini kəskin tənqid edib
# 07 iyun 2012 08:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Şanxay Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısına qatılmaq üçün Çində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Pekin Dövlət Universitetində çıxış edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, M. Əhmədinejad ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti qarşısında çıxışında ABŞ-ın siyasətini kəskin tənqid atəşinə tutub.

M. Əhmədinejad bildirib ki, ABŞ dünyada ekspansionist və müharibə siyasəti yürüdür: “ABŞ indiyədək bir neçə dəfə dünyada dağıdıcı müharibəyə səbəb olub və bu gün İsrailə hər cür dəstəyi verən ölkədir”.

Çin və İranın zəngin mədəni keçmişə malik olduğuna toxunan İran prezidenti bəyan edib ki, iki ölkə xalqları müstəmləkəçilərlə mübarizədə parlaq keçmişə malikdir: “İran və Çinin əsas missiyası dünyada sülh və əmin-amanlığa xidmətdir, universitetlərin isə bu sahədə üzərinə mühüm məsuliyyət düşür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR