Səid Cəlili: “Xəzər dənizinin təhlükəsizliyi məsələsində hövzə ölkələrinin əməkdaşlığı zəruridir”

Səid Cəlili: “Xəzər dənizinin təhlükəsizliyi məsələsində hövzə ölkələrinin əməkdaşlığı zəruridir”
# 07 iyun 2012 23:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Xəzər dənizinin təhlükəsizliyi məsələsində hövzə ölkələrinin əməkdaşlığı zəruridir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Xəzər dənizi sahili ölkələrinin təhlükəsizlik şurası başçılarının iclasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili bildirib. Onun sözlərinə görə, Xəzər sahili ölkələrini təhdid edən vasitələrə qarşı hövzəyə daxil olan 5 ölkə arasında əməkdaşlıq qaçılmazdır: “Bu əməkdaşlıq bölgədə sülh və təhlükəsizliyin qarantı olacağı kimi, təhdidlərin də qarşısını alacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR