İranda 8 nəfər edam olunub

İranda 8 nəfər edam olunub
# 08 iyun 2012 02:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şiraz şəhərində 5 nəfər edam olunub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, narkotik maddələrin alqı-satqısında günahlandırılan məhbuslar şəhərin Kuzəgəri meydanında əhalinin gözü qarşısında dara çəkiliblər.
Bundan əlavə, Kərəc şəhərində də 3 nəfər edam olunub. Narkotik maddələrin alqı-satqısında günahlandırılan məhbuslar şəhərin Rəcayişəhr həbsxanasında dar ağacından asılıblar.
Qeyd edək ki, hər iki şəhərdəki edam iyunun 7-də səhər saatlarında həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR