AEBA: «İranla keçirdiyimiz Vyana görüşündə heç bir irəliləyiş əldə olunmayıb»

AEBA: «İranla keçirdiyimiz Vyana görüşündə heç bir irəliləyiş əldə olunmayıb»
# 08 iyun 2012 21:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında iyunun 8-də Vyanada keçirilən müzakirələr nəticəsiz başa çatıb. APA-nın məlumatına görə, görüş İranın nüvə proqramı ilə bağlı suallara aydınlıq gətirilmədən və razılıq əldə olunmadan yarımçıq bitib. AEBA-nın icraçı direktorunun müavini Herman Nakerts İran nümayəndə heyəti ilə agentlik arasında aparılan danışıqların nəticəsindən məyus olduğunu bildirib: “İranla AEBA arasında keçirilən Vyana görüşündə heç bir irəliləyiş əldə olunmadı. Müzakirələr müəyyən müddətə qədər təxirə salınıb. Növbəti görüşün tarixi hələ məlum deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR