İranın Quru Qoşunlarının baş komandanı: “İran Silahlı Qüvvələri hər cür hücuma qarşı yüksək səviyyədə hazırdır”

İranın Quru Qoşunlarının baş komandanı: “İran  Silahlı Qüvvələri hər cür hücuma qarşı yüksək səviyyədə hazırdır”
# 09 iyun 2012 00:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Ordumuz hər zaman döyüş qabiliyyətini qoruyur və düşmənin təhdidlərini nəzərdə saxlayır”. APA-nın məlumatına görə, bunu İranın Quru Qoşunlarının baş komandanı, general-mayor Əhmədrza Purdastan deyib. O bildirib ki, İrana qarşı təhdidlər davam edir: “Odur ki, ölkə rəsmiləri və xalq oyaq olmalıdır. İran Silahlı Qüvvələri hər cür hücuma qarşı yüksək səviyyədə hazırdır. Ölkəmizə hücum ediləcəyi təqdirdə, biz çox ağır və sərt qarşılıq verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR