İran nümayəndəsi: “Bəzi ölkələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrimizə xələl vurmaq istəyir”

İran nümayəndəsi: “Bəzi ölkələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə  əlaqələrimizə xələl vurmaq istəyir”
# 09 iyun 2012 12:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında iyunun 8-də Vyanada keçirilən 8 saatlıq müzakirələr tərəflər arasında çərçivə sazişi (“Struktur yanaşması tətbiqi”) imzalanmadan nəticəsiz başa çatıb. APA-nın məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, çərçivə sazişi əhatəli və ciddi bir sənəddir: “Sənədin məzmunu haqqında əhatəli və müsbət bir görüş oldu. Sənədi tam qaydasına salmaq üçün təkrar görüşməyə qərar verdik. Növbəti görüşün ən yaxın zamanda keçirilməsi məsələsində da razılaşdıq”. Onun sözlərinə görə, İranla AEBA arasında hər hansı problem yoxdur. Agentlik İranın partnyorudur və əlaqələrimiz də çox yaxşıdır. Lakin bəzi ölkələr AEBA ilə olan əlaqələrimizə xələl vurmaq istəyir və həqiqətə uyğun olmayan məlumat və sənədləri ictimaiyyətə yayır. Problem bundan qaynaqlanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR