İran ABŞ və Böyük Britaniya ilə mübarizəyə 20 milyon dollar vəsait ayırır

İran ABŞ və Böyük Britaniya ilə mübarizəyə 20 milyon dollar vəsait ayırır
# 09 iyun 2012 13:35 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran parlamentinin qəbul etdiyi qanun layihəsini ölkə prezidenti Mahmud Əhmədinejad imzalayıb. Qanuna görə, ABŞ və Böyük Britaniyanın İrana sui-qəsd planlarına və haqsız məhdudlaşdırmalarına qarşı mübarizə məqsədilə 20 milyon dollar vəsait ayrılır. Bu pul ABŞ və Böyük Britaniyada baş verən insan haqları pozuntularının ifşa edilməsinə və hər iki ölkədəki qeyri-qanuni məhdudiyyətlərə qarşı mübarizə aparan qabaqcıl hərəkatlara dəstək verilməsinə sərf olunacaq. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində bununla bağlı yaradılmış İşçi Qrup isə gördüyü işlərlə əlaqədar hər üç aydan bir ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasına hesabat verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR