İran AEBA-dan şikayət edəcək

İran AEBA-dan şikayət edəcək
# 09 iyun 2012 23:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) casusluğundan şikayət edəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran parlamentinin deputatı Əvəz Heydərpur açıqlama verib. O bildirib ki, AEBA İranın Parçin hərbi sənaye kompleksinin araşdırılmasına icazə verməsi üçün Tehrana təzyiq göstərir: “İran hərbi sənaye sahəsində bölgənin bir nömrəli ölkəsidir və hərbi gücə malikdir. Ölkəmizin hərbi məlumatlarını ələ keçirmək istəyən ABŞ-ın Parçini araşdırmasına icazə verməyəcəyik. Çünki İrana aid hərbi məlumatlar qərbli casusların əlinə keçə bilər”. Ə. Heydərpur əlavə edib ki, Parçin Hərbi Sənaye Kompleksi 50 il əvvəl inşa edilib: “Bu səbəbdən də kompleksdə hər 30 ildən bir bərpa işləri aparılmalıdır. AEBA Parçini kosmosdan izləyərək casusluq edir. Halbuki bu obyekt yalnız hərbi sənaye kompleksidir və orada nüvə fəaliyyətləri aparılmır”.
Qeyd edək ki, Parçin hərbi sənaye kompleksinin kosmosdan çəkilən şəkilləri bu obyektdə aktiv fəaliyyət olduğunu göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR